Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinada tətil polislə toqquşmaya çevrildi

Argentinada tətil polislə toqquşmaya çevrildi

Tarix: 29 May 2019 19:48

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən tətil zamanı polislə toqquşmalar qeydə alınıb.

Trend-in məlumatına görə, polis etirazçılara qarşı rezin güllədən istifadə edib.

Hadisələr zamanı bir qadın ayağından yaralanıb.

Qeyd edək ki, Argentinanın bir sıra şəhərlərində hökumətin iqtisadi siyasətinə qarşı həmkar təşkilatlarının tətili keçirilir.

Gün ərzində paytaxtda metro, avtobus və qatar reysləri işləməyəcək. Bundan başqa, aviareyslər də dayandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Argentinada tətil polislə toqquşmaya çevrildi


RƏYLƏR