Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 20:04
Bakı. Samir Əli - Trend:
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Trend-in məlumatına görə, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə ümumilikdə 450 avtobus fəaliyyət göstərəcək.
O cümlədən, finala bilet alan tamaşaçılar Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.
Xatırladaq ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən "Çelsi" və "Arsenal" klublarının görüşünü izləyəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin