Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 10:02
İngiltərə millisi və "Çelsi"nin sabiq futbolçusu Eşli Koulun evi qarət olunub.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, maska və kamuflyaj geyinən oğrular arxa qapıdan evə giriblər. Onların Koulu hədələyərək, stula bağladıqları və qiymətli zinət əşyalarını apardıqları bildirilir.
Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı Koul hazırda “Çelsi”nin akademiyasında çalışır.