Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib

Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib

Tarix: 1 Aprel 2020 12:30

Bakı. Trend:

Moody's beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın uzunmüddətli kredit reytinqini “B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir.

Reytinqin təsdiq olunması bankın böyük likvidliyi, kredit risklərinin yüksək təhlil standartları, kredit portfelinin dollarlaşmasının aşağı səviyyədə olması və stresə davamlılığın yaxşı olması ilə bağlıdır.

Moody's bankın korporativ idarəetmə ilə bağlı narahatlığının olmadığını qeyd edib, bu isə öz növbəsində bir çox banklar üçün risklərin qiymətləndirməsində əsas faktordur.
Koronavirusun yayılması və neftin qiymətinin aşağı düşməsi ilə yaranan xarici iqtisadi təzyiq, Bankın reytinqi ilə bağlı proqnozun "pozitivdən"dən “neqativ”ə dəyişməsinə səbəb olub.

“Şadam ki, Moody's beynəlxalq reytinq agentliyi Bankın idarəedilməsi ilə bağlı risklər görmür. Fikrimcə, bazarda stresli vəziyyətlər zamanı bu xüsusilə vacib amildir. Ölkədə sahibkarlığı fəal şəkildə dəstəkləyən bir bank olaraq, əminik ki, dövlətin özəl sektor tərəfindən də dəstəklənən vaxtında və adekvat olaraq gördüyü tədbirlər, ölkə iqtisadiyyatına bugünkü çağırışlara cavab verə bilməsinə kömək edəcək", - deyə Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib - Gallery Image Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib - Gallery Image Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib - Gallery Image


Etiketlər:  Moodys Bank Respublikanın stresə davamlılığını qeyd edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ