Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakerlər insanları kampaniya və ianə adı ilə aldatmağa çalışırlar - FOTO

Hakerlər insanları kampaniya və ianə adı ilə aldatmağa çalışırlar - FOTO

Tarix: 1 Aprel 2020 14:44

Son günlər koronavirus pandemiyası ilə əlaqədar hər kəsin internetdən kütləvi istifadə etdiyi bir vaxtda hakerlər bu fürsətdən yararlanaraq fişinq hücumları, saxta domen və məlumatlarla insanları kampaniya və ya ianə adı ilə aldatmağa çalışır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən APA-ya verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.

"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər", - deyə Mərkəzdən bildirilib.

Milli.Az


Etiketlər:  Hakerlər insanları kampaniya ianə adı ilə aldatmağa çalışırlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ