Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DSX: Düşmən tərəfi hərbi və mülki nəqliyyat vasitə­lərini və vətəndaşları atəşə tutub

DSX: Düşmən tərəfi hərbi və mülki nəqliyyat vasitə­lərini və vətəndaşları atəşə tutub

Tarix: 1 Aprel 2020 15:30

Bakı. Trend:

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 01 aprel tarixində 12:25-dən başlamaqla Qazax ra­yo­nunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətində avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar ER-nın İcevan rayonunun Kirans kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.


Etiketlər:  Düşmən tərəfi hərbi mülki nəqliyyat vasitələrini vətəndaşları atəşə tutub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ