Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO

Tarix: 2 Aprel 2020 07:56

Bakıda tikinti materialları bazarında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olmuşdu. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunmuşdu.

Milli.Az


Etiketlər:  Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ