Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 08:52
Yaponiyanın "Vissel Kobe" klubunun futbolçusu Qotoku Sakay koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yaponiyalı müdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib.
Sakay, Yaponiya 1-ci liqasında koronavirusa yoluxan ilk futbolçu olub.
Qeyd edək ki, "Vissel Kobe"də "Barselona"nın keçmiş futbolçusu Andres İnyesta da çıxış edir.