Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arşavin Özili tənqid etdi

Arşavin Özili tənqid etdi

Tarix: 2 Aprel 2020 18:16

“Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin London klubunun yarımmüdafiəçisi Məsut Özili tənqid edib.

Qol.az xəbər verir ki, Rusiya millisinin sabiq üzvü Britaniya mətbuatına açıqlamasında türk əsilli almaniyalı futbolçunun oyununun sürətini aşağı saldığını deyib:

“Məsut dünya səviyyəsində böyük futbolçudur, ona hörmət edirəm. Amma mənə görə, o, oyunun sürətini aşağı salır. Mən olsam, onun yerinə başqa oyunçudan istifadə edərdim. Ancaq yəqin ki, baş məşqçi Arteta fərqli düşünür.  Onun “Arsenal”da qalacağına inanmıram. Hazırda komanda Artetanın istədiyi səviyyədə deyil”.

Qeyd edək ki, Arşavin 2009-2013-cü illərdə “Arsenal”da çıxış edib.

 


Etiketlər:  Arşavin Özili tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ