Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

Tarix: 2 Aprel 2020 22:44

Bakı. Trend:

Dünyada yeni növ koronavirusdan (COVİD-19) azı 50 min nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə "TASS" agentliyinin koronavirusun qeydə alındığı ölkələrdən topladığı hesbatda deyilir.

Bildirilir ki, ən çox ölüm halı İtaliyada (13 915) qeydə alınıb. Daha sonra ölüm hallarının sayına görə İspaniya (10 003), ABŞ (5 316), Fransa (4 503), Çin (3 287), İran (3 160), Böyük Britaniya (2 921), Niderland (1 339), Belçika (1 011), Almaniya (1 001) qərarlaşıblar.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı bir milyona yaxınlaşır.


Etiketlər:  Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb


RƏYLƏR