Tarix: 3 Aprel 2020 10:00
İki həftədir karantində olan Almaniyanın "Şalke" klubu meydançada məşqlərini bərpa edib.Qol.az xəbər verir ki, komanda klubun bazasında bir araya gəlib. Futbolçular bir-birinə uzaq məsafədə çalışıblar.
Xatırladaq ki, digər Avropa ölkələrinin çempionatı kimi, Bundesliqada da dayandırılıb. Turnirin yenidən bərpası üçün gözlənilən ən erkən tarix aprelin 30-udur.