Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 17:14
Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. "#evdəqal...biz birlikdə güclüyük!" şüarına dəstək olaraq görkəmli pianoçu vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib.
O, bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa səsləyiblər. Biz bu müraciətlərə dəstək olmalıyıq.
O, bütün mədəniyyət və incəsənət xadimlərini də koronavirusla mübarizə aksiyasına qoşulmağa dəvət edib.