Tarix: 5 Aprel 2020 00:24
“Liverpul” koronavirus pandemiyası ilə əlaqədar işçilərinin çoxunu tətilə buraxıb. Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bəzi Premyer Liqa klublarından fərqli olaraq, "Liverpul" işçilərin çalışmadığı dövrdə də öz maaşlarını alacaqları açıqlayıb.
Premyer Liqanın lidri eyni zamanda, futbolçularla və məşqçilər heyəti ilə maaşlarının azaldılması ilə bağlı danışıqların getdiyini də açıqlayıb.