Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 22:16
Ötən ay dünyada Feysbuk istifadəçilərinin fəallığı artaraq 65,04% olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.
Məlumata görə, bu rəqəm fevral ayının göstəricisindən 2,93% çoxdur. Belə ki, sözügedən sosial şəbəkənin fevral ayında dünya üzrə fəallığı 62,11% olmuşdu.
Eyni zamanda İnstaqram, Tvitter, YouTube-un da mart ayı üçün fəallıq dərəcəsi açıqlanıb.
Ötən ay İnstaqram şəbəkəsinin istifadəçi fəallığı 8,53%, Tvitterin 14,25%, YouTube-un isə 3,09% olaraq qeydə alınıb.