Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 06:16
Bakı. Trend:
Cənubi Koreyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 47 nəfər artaraq 10 284-ə çatıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və qarşısının alınması mərkəzlərindən (KCDC) xəbər verilib.
Bildirilir ki, son günün yoluxma hallarının sayı 29 fevral tarixindən indiyədək ən minimalıdır.
Ölkədə koronavirusdan ölənlərin sayı üç nəfər artaraq 186-ya çatıb. 135 nəfər sutka ərzində sağalaraq evə buraxılıb, ümumilikdə sağalananların sayı isə 6 598 nəfər təşkil edir.