Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 13:02
Komendant saatını pozduğu üçün saxlanılan serbiyalı futbolçu Aleksandar Priyoviçin cəzası məlum olub.
Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun hücumçusuna 3 aylıq ev dustaqlığı verilib. Videogörüntü ilə keçirilən məhkəmə iclasında Priyoviç günahını etiraf edib.
Xatırladaq ki, Serbiya millisinin üzvü yerli vaxtla 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul edib və onları polis saxlayıb.