Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimində azyaşlılar və yeniyetmələrin hərəkəti necə təmin olunur? - AÇIQLAMA

Karantin rejimində azyaşlılar və yeniyetmələrin hərəkəti necə təmin olunur? - AÇIQLAMA

Tarix: 6 Aprel 2020 18:09

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin qaydalarına görə, aprelin 5-dən etibarən işləməsinə icazə verilməyən şəxslərin çölə çıxışı yalnız icazə əsasında mümkündür. Qərara görə, aprelin 20-nə qədər xüsusi icazəsi olmayan vətəndaş yalnız gün ərzində 1 dəfə əsaslı səbəbə görə 8103 nömrəsinə sms göndərməklə evdən göstərilən müddətdə küçəyə çıxa bilər. Amma qərarda azyaşlıların və yeniyetmələrin icazə alıb-almaması ilə bağlı müddəa göstərilməyib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, karantin dövründə azyaşlıların evdən çıxması tövsiyə olunmur:

"Biz hazırda virusun yayılması dövründəyik. Azyaşlılar isə bu virusa daha tez yoluxa bilir. Ona görə də onların valideynlə mağaza və ya digər yerlərə çıxması qətiyyən tövsiyə olunmur. Əgər hansısa valideynin azyaşlı övladı varsa, onu qohumlarının, ailə üzvlərinin müvəqqəti himayəsinə verib çıxa bilər. Bu, müvəqqəti çətinlikdir. Düşünürəm ki, hər hansı valideyn övladının sağlamlığını düşünərək onu müvəqqəti hansısa bir qohumu və ya yaxınının yanında qoyub evdən çıxa bilər".

E.Niftəliyev bildirib ki,qərarda yalnız 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub, başqa yaş məhdudiyyəti yoxdur:

"Sadəcə olaraq azyaşlıların və ya yeniyetmələrin evdən çıxmasını tövsiyə etmirik. Yəqin ki heç bir valideyn istəməz ki azyaşlı və ya yeniyetmə övladı bu virusa yoluxsun. Ona görə də onların karantin müddətində evdən çıxması məsləhət deyil".


Etiketlər:  Karantin rejimində azyaşlılar yeniyetmələrin hərəkəti necə təmin olunur AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ