Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar İskəndərov: ''Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir''

Vüqar İskəndərov: ''Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir''

Tarix: 7 Aprel 2020 16:09

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat vurğulayıb ki, məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir:

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib.

Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub".

Sərəncamın yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sır məhkumlara şamil olunduğuna diqqəti çəkən millət vəkili deyib ki, bu, eyni zamanda, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi:

"Çünki yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində atılan bu addım da bütün vətəndaşlarımız kimi məhkumların da sağlamlığının daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirdi. Məhz buna görə də hesab edirəm ki, cəmiyyətimizdə, ictimai rəydə olduqca müsbət hadisə kimi qarşılanan bu addım ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi".

Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlərin nəzərə alındığını deyən V.İskəndərov əfv olunanların dövlətin, şəxsən Prezident İlham Əliyevin bu humanist addımına adekvat reaksiya verəcəklərinə əmin olduğunu da bildirib:

"Əminəm ki, Sərəncama əsasən əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər".


Etiketlər:  Vüqar İskəndərov Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ