Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 21:44
NASA Marsa göndərəcəyi helikopterin sonuncu testlərini tamamladığını açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, helikopter kainatın araşdırılmalı olan nöqtələrini qeyd edəcək və gələcək səyahətlər üçün məlumat toplayacaq. O, 1,8 kiloqram ağırlığında, 120 santimetr uzunluğunda qanadlara sahibdir. Üzərindəki Günəş panelləri ilə enerji ehtiyatını təmin edən kosmik helikopter Marsdakı temperaturun da öhdəsindən gələ biləcək. Onun hər uçuşu təxmini 90 dəqiqə davam edəcək. Nəticədə kosmik helikopter Yerdən 5 kilometr uzaqlaşa biləcək. Helikopterin aşağısındakı 12 Mp-lik kamerası isə görüntüləri Yerə göndərəcək.