Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paraqvay məhkəməsi Ronaldinyonu ev dustaqlığına göndərib

Paraqvay məhkəməsi Ronaldinyonu ev dustaqlığına göndərib

Tarix: 8 Aprel 2020 06:52

Bakı. Trend:

Paraqvaylı hakim Qustavo Amarilya sabiq braziliyalı futbolçu Ronaldinyonun həbs cəzasından azad edilməsi barədə qərar verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ronaldinyo ev dustaqlığına göndərilib.

Bildirilir ki, Ronaldinyo və onun böyük qardaşı və agenti Roberto de Assis Paraqvayın paytaxtının mərkəzində mehmanxanada polislərin nəzarəti altında qalacaqlar.

Qeyd edək ki, Ronaldinyo və onun qardaşı mart ayının əvvəli Asunsyonda saxta pasportlar təqdim etdiklərinə görə həbs edilmişdilər.


Etiketlər:  Paraqvay məhkəməsi Ronaldinyonu dustaqlığına göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ