Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO)

Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO)

Tarix: 9 Aprel 2020 11:24

Bakı. Trend:

Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib.

Məlumata görə, bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

Sözügedən yollarda yerləşən suötürücü borular da uzun illər istismar olunduğundan boruların orta hissələri çökmüş, sukeçiricilik qabiliyyətin itirmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.

Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurululması 4 minə yaxın əhalinin gediş-gəlişini rahatlaşdıracaq.

Ümumilikdə bu layihə yol boyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yol yenidən qurulur (FOTO) - Gallery Image


Etiketlər:  Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yenidən qurulur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ