Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İyunun 30-u müqaviləsi başa çatan oyunçuların taleyi necə olacaq?

İyunun 30-u müqaviləsi başa çatan oyunçuların taleyi necə olacaq?

Tarix: 10 Aprel 2020 11:42

Tanınmış futbol agenti Nik De Marko bu il iyunun 30-da müqaviləsi başa çatacaq futbolçularla bağlı açıqlama verib.

Qol.az xəbər verir ki, daha öncə yayılan xəbərə görə, FİFA futbolçulara hazırkı mövsümün sonuna qədər müqaviləni uzatmağı tövsiyə edib.

Lakin Nik De Marko bildirir ki, hüquqi baxımdan heç kim futbolçunu komandada qalmağa məcbur edə bilməz: “Nə FİFA, nə İngiltərə Futbol Assosiasiyası, nə də klublar iyunun 30-da müqaviləsi biticək oyunçunu saxlaya bilər. Əgər futbolçu getmək istəsə, qərarı ancaq özü verəcək. Yalnız bir məqam var. Oyunçu üçün bu məsələdə maddi məsələ nə dərəcədə həlledici olacaq. Müqavilənin qısamüddətə uzadılması ilə bağlı təkliflər yalnız əməyin qiymətləndirilməsinə xidmət edir. Bu, hamını qane edə bilməz”.

 

 


Etiketlər:  İyunun müqaviləsi başa çatan oyunçuların taleyi necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ