Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 10:30
"Koronavirus infeksiyasının yayılması məsələsi qəfil olan şeydir. Hökumət buna hazırlıqlı olmayıb. Bir şeyi nəzərə almalıyıq, tələb edəndə, fikirləşməliyik ki, müharibə şəraitində yaşayan ölkəyik, müəyyən şeyləri güzəştə getməyi bacarmalıyıq".
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bunu Xalq artisti Afaq Bəşirqızı deyib.
"Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı - işğal olunan rayonları nəzərdə tutmuram - qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa "Novostroyka"nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Səhv deyirəmsə, deyin, Afaq xanım, səhv deyirsiniz... Ürək xəstəliyinə şəhərdə evimdə yaşaya bilmirəm, bağdayam. Torpaq, bel görməyən Afaq ağır əməliyyat keçirməsinə baxmayaraq, nə isə əkirəmsə, deməli, bunu rayonda da etmək mümkündür. Sadəcə, Bakıda yaşamaq hamımızın azarı və bezarıdır. Çətin bir anda ağlayırıq, nəisə tələb edirik, qışqıra-qışqıra istəyirik... Qışqırmaqla nəyəsə nail olmaq mümkün deyil. Artıq o dövr keçib. "Novostroyka"nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq" - A.Bəşirqızı qeyd edib.