Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədliyyə Nazirliyi 1600 tənha yaşlıya ərzaq yardımı edib

Ədliyyə Nazirliyi 1600 tənha yaşlıya ərzaq yardımı edib

Tarix: 11 Aprel 2020 14:06

Bakı. Trend:

Əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə respublikamızda qlobal pandemiyanın yayılmasının qarşısının alınması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zəruri preventiv və profilaktik işlər aparılır, karantin rejiminin elan olunması ilə əlaqədar həssas əhali qruplarının qayğıları xüsusilə diqqətdə saxlanılaraq onların sosial ehtiyaclarının ödənilməsi istiqamətində lazımi tədbirlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda ölkə ictimaiyyəti, ayrı-ayrı dövlət və özəl təşkilatlar tərəfindən koronavirus infeksiyası ilə mübarizə tədbirlərində sosial həmrəylik nümayiş etdirir, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda bir-birilərinə, böyüklərimizə mərhəmətlə, qayğı və həssaslıqla yanaşılması ilə bağlı çağırışlarına qoşularaq aztəminatlı ailələrərə, ahıl və tənha vətəndaşlara baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasında köməkliklərini əsirgəmirlər.

Bu xeyirxah aksiya Ədliyyə Nazirliyi tərəfindən davam etdirilib. Belə ki, Nazirlik və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq şəraitində 1600 tənha yaşlıya ərzaq yardımı edib.

Hazırda yaşı 65-dən yuxarı tənha yaşlı insanlar, eləcə də tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan əlilliyi olan şəxslər sosial xidmət işçiləri tərəfindən evlərində gündəlik sosial məişət xidmətləri ilə təmin olunurlar.

Ədliyyə Nazirliyinin əməkdaşları sosial xidmət işçiləri ilə birgə ərzaq yardımlarını tənha yaşlılara evlərində çatdırıblar.

Qeyd edək ki, son günlərdə müxtəlif dövlət və özəl müəssisələr tərəfindən 13 min tənha yaşlıya ərzaq payı verilib. Hazırda həssas qruplardan olan şəxslərə ərzaq paylanılması prosesi Ədliyyə Nazirliyi və digər qurumlar tərəfindən davam etdirilir. Bu tədbirlər cəmiyyətimizdə yaşlı nəsilə qayğı ilə yanaşılması kimi yüksək mənəvi dəyərlərin, eyni zamanda, milli həmrəyliyin əyani təzahürüdür.


Etiketlər:  Ədliyyə Nazirliyi 1600 tənha yaşlıya ərzaq yardımı edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ