Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 20:16
Bu riskli dövrlərdə investisiyaların sayı azalmış ola bilər. Bununla birlikdə, investorların hələ də təqib etdiyi və bu yaşanan hadisələrin inkişaflarına çox təsir etməyəcəyi fintech təşəbbüslər investorlar tərəfindən çox diqqətlə izlənilir.
Corona virusu pandemiyası bir çox insanların və şirkətlərin həyatından təsirsiz ötüşmədi. Bir çox sahəyə qoyulan investisiyalar qəfil dayandırıldı və bu naməlum virusa qarşı həssas olan sektorlara qoyulan investisiyalar demək olar ki, dayandı. Əlbəttə ki, FinTech domeni bu virusdan təsirlənir, lakin digər tərəfdən böyük imkanlara sahib bir sektordur.
CB Insights məlumatlarına görə, fintechs-ə qoyulan sərmayə qəflətən son 3 ildə ən aşağı səviyyəyə düşdü. Əslində bu, aşağı yönümlü trend birdən-birə baş vermədi. FinTech-lərə qoyulan investisiyalar artıq azalma tendensiyasında idi. Daha doğrusu, keçən il fintech müəssisələrinə çox ciddi investisiyalar gəldi və fintech təşəbbüsləri parlayan ulduz oldu. Eyni zamanda, o dövrdə bir çox yeni fintechlər dünyaya gəldi. Bununla birlikdə, cryptocurrency müəssisələrində və investisiya qoyuluşlarında son bir təkan yaşadıq. Buna görə şəxsi inamım budur ki, fintech investisiyalarının sayının azalması pessimist deyil.
Bu dövrdə müəssisələr üçün ən vacib məsələ şəffaflıqdır. İnvestorlar və ya namizədlərlə ciddi bir etimad qurmaq və bu dövrün təsiri ilə bağlı açıq olmaq çox vacibdir. Müəssisələrin təsisçiləri bunları tam ifadə edirlər.
FinTech kateqoriyasında nümayiş olunanlar rəqəmsal banklardır. Rəqəmsal bankların bu müddətdə şəffaflığını qorumaları çox vacibdir. Çünki bu gün filialları olan ənənəvi banklar vacib bir imtahandan keçir. Bəzi ölkələrdə bankların filialları tamamilə bağlandı. Bu proses rəqəmsal banklar demək olar ki, heç bir təsir göstərmir , çünki filiallar, filial işçiləri və kirayə pulu kimi hər hansı bir problem yoxdur. Əlbəttə ki, başqa çətinliklər var, amma bunlar indi investor təqdimatlarında daha qabarıqdır.
Danimarkada yerləşən rəqəmli bank təşəbbüsü olan Lunar'ı misal gətirək. Təşəbbüs, aldığı B seriyasına əlavə olaraq bir neçə gün əvvəl 20 milyon avroluq resurs əldə etdi. Bir çox bank bu cür sərmayələri dayandırsa da, Lunar bu çətin dövrdə əlavə investisiyalar əldə etməklə böyüməyi hədəfləyir. Açıq bankçılıq bank sahəsində ciddi şəkildə izlənilən bir prosesdir. Bu sahədə açıq bank əsaslı API platforması olan Yapily, bir neçə gün əvvəl 13 milyon dollarlıq investisiya əldə etdi. Bir çox böyük və kiçik nümunə var. Ancaq Yapon rəqəmsal bankı Kyash-ın 5 gün əvvəl 45 milyon dollarlıq Seria C sərmayəsi də bu paraqraf üçün yaxşı bir nümunədir.
Bu müddətdə başqa bir məsələ tənzimləmə məsələsidir. Bəzi əməliyyatların mümkün olmadığı, lakin ciddi ehtiyacların olması, qaydaların uzanmasıdır və bəlkə də tənzimləyicilərin əvvəllər icazə verməyəcəyi nöqtələrdə bəzi kompramislərə gediləcək və bu sahədə yeni inkişaflar baş verəcəkdir. Məsələn, rəqəmsal imza istifadəsinin yayılması. Bu günə qədər çox yayılmayan rəqəmsal imzaların istifadəsi bundan sonra artacaqdır. Məsələn, rəqəmsal imza xidmətləri təqdim edən VeriSign şirkətinin səhmləri hazırda sürətlə artmaqdadır.
Digər bir inkişaf rəqəmsal müştərilərin sayının artımında olacaq. Müştərinin filiallara getmək öhdəliyi yox olur, çünki fiziki imza öhdəlikləri bu pandemiya dövründə artıq mümkün olmur. Tənzimləmə də buna icazə verməli və həll yolları gətirməlidir. Yaşadığımız bu pandemiya dövrü rəsmi qurumları bu prosesi dijital dünyaya transfer etməyə məcbur edir. Məsələn, bu dövrdə müştəri identifikasiyası təsiqləmə sistemləri əla bir iş görəcəkdir. Video konfrans platformalarının yaşadığı partlayış kimi, bu sahədə də bunun hiss ediləcəyini söyləmək olar.
Bir sözlə, FinTech təşəbbüslərinin bu dövrdə təsirlənməsi çox normaldır. Fintech şirkətlərinin gələckdə yeniden inkişaf trendinə keşəcəyini dəqiq demək hal-hazırkı prosesdə şox çətindir, amma bu sahədəki fintech startaplarının lazımi vaxtda lazımi işləri görmək üçün atacağı addımlar onları qarşıdakı tur investisiya qoyuluşlarına aparacağını əminliklə deyə bilərik. Eyni zamanda, prosesi dəqiq əks etdirən fintech təşəbbüsləri investorların etibarını daha yaxşı qazanacaq və daha uğurlu olacaqdır.
Siz bu barədə nə düşünürsünüz? Azərbaycanda hansı FinTech startapların tanıyırsınız?