Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Honkonq hotellərində koronavirusa görə robotlar işə götürülüb

Honkonq hotellərində koronavirusa görə robotlar işə götürülüb

Tarix: 13 Aprel 2020 14:36

Honkonq hotellərində turistlərlə kontaktların minimuma endirilməsi məqsədilə qonaqlara xidmət göstərən robotlar işə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, koronavirus infeksiyası (COVID-19) səbəbindən dünya hotellərinin sahibləri işçi heyətini azaltdığı halda Honkonq hoteli, əksinə, işə “Genie” adlı yeni əməkdaş qəbul edib.

 

Məlumata görə, bu, 432 qonaq otağına xidmətin göstərilməsi ilə məşğul olan süni intellektə malik ilk üç robotdan biridir. Karantin rejimində olan qonaqlara da qida çatdıran qeyri-adi əməkdaş gündə 130-150 sifariş qəbul edir.

 

Əksər qonaqlar məxsusi olaraq robot hotelçi ilə şəkil çəkdirmək üçün otaq xidmətinə müraciət edirlər.

 

Bildirilir ki, hər missiya üçün insan tərəfindən hazırlanan “Genie” robotunun daxilində yerləşən konteynerə sifariş yerləşdirilir və otağın nömrəsi daxil edilir. Daha sonra qurğu müstəqil hərəkət edir: lifti çağırır, lazımi otağı tapır, gəlməsi barədə qonaqları xəbərdar edir və sifariş götürülənədək gözləyir. Hər sifarişdən sonra robot dezinfeksiya edilir.

 

Hotelçilərin fikrincə, robotlar praktiki üstünlüyə malik olacaqlar: koronavirus infeksiyasına yoluxma təhlükəsi ilə əlaqədar turistlər digər qonaqlar və işçi heyəti ilə kontaktları minimuma endirməyi xahiş edirlər.

 

Nizam Nuriyev




Etiketlər:  Honkonq hotellərində koronavirusa görə robotlar işə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ