Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 15:22
"Çelsi"nin sabiq futbolçusu Didye Droqba koronavirusla mübarizəyə dəstək olub.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, keçmiş hücumçu şəxsi xəstəxanasını koronavirusla mübarizə üçün dövlətə təklif edib. Bu barədə Fil Dişi Sahilinin paytaxtı Abicanın bələdiyyə sədri Vinsent Toh açıqlamasında deyib. O, Droqbanın özəl xəstəxanasını koronavirusla mübarizədə istifadə oluna biləcəyini bildirib.
Fil Dişi Sahilində 574 nəfər koronavirusa yoluxub. Onlardan 5-i vəfat edib, 85-i isə sağalıb.