Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnsanlar özlərini çox aciz göstərirlər" - Zamiq

Tarix: 13 Aprel 2020 21:55

"Son bir ayda baxıram ki, insanlar çox aciz kimi çıxış edirlər. Baxırsan hər yerdə kömək edən videolar. Kömək edin, bunu aşırı reklam etməyə ehtiyacı yoxdur. Aşırı mesajlar yazmayın. Bizim borcumuzdur kömək etmək".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Şou ATV" verilişində deyib. Sənətçi son günlər sosial şəbəkədə yayılan imkansızlara yardım görüntülərindən bəhs edib:

"İnsanlar özlərini bu qədər aciz və gücsüz göstərəndə, özümü pis hiss edirəm. Axı bizim oğlanlar gücsüz deyil. 7 il çadırda yaşamışam, xoşbəxt idik. Gözləyirdik bizə yardım gələcək, yeyəcəyik. Ondan sonra 10 il yataqxanada yaşadıq.

Şəkil paylaşırıq, valideynlər, kimsə yazır ki, həyat sizə gözəldir. Oturub yağ-bal yeyirsiz, biz acından ölürük. Bunu yazmaq lazım deyil, övladına pis örnək olursan. Uşağına deməlisən ki, bax Zamiqə, başqasına sən də elə ol. Gör onlar hansı halda gəlib, bu yerə çatıblar. Bir insanın keçmiş həyatına bax. Uşaqlarınıza güc verin. Qoyun onlar sığınacaq axtarmasınlar, güclü olsunlar.

Biz bir otaqda 5 nəfər qalırdıq. Çadır ondan da balaca idi. Torpağın üstündə yatırdıq. Amma anam tərbiyə verirdi ki, heç kimə ağız açmaq olmaz, çalışın öz ayağınızın üstündə durun. Gedirdim metronun üstündə nəsə satırdım".

Milli.Az


Etiketlər:  İnsanlar özlərini çox aciz göstərirlər Zamiq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ