Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 18:42
"Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo koronavirus səbəbindən maliyyə problemi yaşayan ölkəsinin aşağı liqa klublarına yardım etmək üçün kampaniya başladıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə onun millidəki komanda yoldaşı Bernardo Silva "İnstaqram"da canlı yayımda bildirib.
O deyib ki, 35 yaşlı hücumçu Avro-2020-yə vəsiqə qazandıqları üçün verilən mükafatın 50 faizini aşağı liqa klublarına paylanılmasını təklif edib: "Hamımız bunu qəbul etdik. Mükafatlarımızın 50 faizi Portuqaliyanını aşağı liqalarında mübarizə aparan klublar arasında bölüşdürüləcək. Ronaldo böyük bir lider olduğunu bu məsələdə də göstərdi".