Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadada koronavirusa yoluxanların sayı 27 mini ötüb

Kanadada koronavirusa yoluxanların sayı 27 mini ötüb

Tarix: 15 Aprel 2020 06:48

Bakı. Trend:

Son 24 saat ərzində Kanadada yeni koronavirusa yoluxanların sayı 1338 nəfər artaraq 27063 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, hal-hazırda ölkədə 454,9 min insan koronavirusa yoluxma ilə bağlı müayinədən keçib. Ən çox yoluxma halları Kvebek (14248), Ontario (7953) və Alberta (1870) vilayətində aşkar edilib.

Qeyd edək ki, Kanadada koronavirusa yoluxmanın ilk halı 15 yanvarda qeydə alınıb, bu günə qədər 903 xəstə ölüb, 8,2 mindən çox insan sağalıb.


Etiketlər:  Kanadada koronavirusa yoluxanların sayı mini ötüb


RƏYLƏR