Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 17:32
"Qalatasaray"ın sabiq futbolçusu Lukas Podolski keçmiş komanda yoldaşları və baş məşqçi Fatih Terim haqqında danışıb.
Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, Fatih Terimin komandadakı əməyini vurğulayan 34 yaşlı hücumçu Fernando Musleranı "Roma"nın canlı əfsanəsi Françesko Tottiyə bənzədib:
"Fatih Terim türk futbolu üçün çox vacib şəxslərdən biridir. O, motivasiya ustasıdır və işini çox yaxşı bilir. Terim gəldi və "Qalatasaray" yenidən çempionluqlar qazanmağa başladı. Əlbəttə ki, onu çox bəyənirəm. Mükəmməl bir xarakter və ürəyə sahibdir. O, "Qalatasaray" üçün lazımlı bir aslandır.
Muslera isə yalnız "Qalatasaray" yox, türk futbolu üçün vacib bir futbolçudur. Uzun illərdir Türkiyədə çıxış edir. O, "Qalatasaray" üçün bütün karyerasını "Roma"da keçirən Françesko Totti kimi bir simvoldur. Musleranın indidən "Qalatasaray"ın əfsanələrindən birinə çevrildiyini deyə bilərəm".