Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Fransanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Tarix: 16 Aprel 2020 19:24

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Cənab Azərbaycan Respublikasının Prezidenti.

Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.

Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi.

Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Etiketlər:  Fransanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə məktub ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ