Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda qalan əcnəbi vətəndaşların icazə müddəti uzadılıb

Gürcüstanda qalan əcnəbi vətəndaşların icazə müddəti uzadılıb

Tarix: 17 Aprel 2020 11:20

Bakı. Trend:

Gürcüstanda olan və martın 14-dək ölkəni tərk edə bilməyən əcnəbi vətəndaşların ölkədə qalma hüququ iyunun 30-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə hökumətin yeni qərarında deyilir.

Qeyd olunur ki, ölkədə qalma müddəti koronavirus epidemiyası ilə əlaqədar risk qrupunda olan əcnəbi vətəndaşlara şamil edilir.

Xatırladaq ki, epidemiya ilə əlaqədar Gürcüstanda martın 14-də bir aylıq fövqəladə vəziyyət elan edilmişdi. Həmin müddət mayın 10-dək uzadılıb.

Bu günədək ölkədə 370 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.


Etiketlər:  Gürcüstanda qalan əcnəbi vətəndaşların icazə müddəti uzadılıb


RƏYLƏR