Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pay torpağı olanlara 190 manatın verilməməsi düzgün deyil” - Deputat

“Pay torpağı olanlara 190 manatın verilməməsi düzgün deyil” - Deputat

Tarix: 17 Aprel 2020 13:06

İnsanlar bu gün torpaq yeyə bilməz.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu plenar iclasda deputat Razi Nurullayev deyib. O bildirib ki, adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil:

"Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır".


Etiketlər:  torpağı olanlara manatın verilməməsi düzgün deyil Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ