Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN: Koronavirusa baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

Rusiya XİN: Koronavirusa baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

Tarix: 17 Aprel 2020 17:45

Koronavirus epidemiyasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Rusiya XİN rəhbərinin bir müddət əvvəl Azərbaycandan və Ermənistandan olan həmkarları ilə baş tutmuş telefon danışıqları zamanı nizamlanma ilə bağlı məsələ də müzakirə olunub:

"ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi tərəflərlə daim əlaqədədir. Davam edən məşvərətlərin diqqət mərkəzində koronavirus infeksiyası, onun danışıqlar prosesinə təsiri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəzi məsələlər yer alır. Sərhəddə, təmas xəttindəki vəziyyət müzakirə olunur".


Etiketlər:  Rusiya XİN Koronavirusa baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ