Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyanın məşhur festivalı təxirə salındı

Almaniyanın məşhur festivalı təxirə salındı

Tarix: 21 Aprel 2020 13:44

Bakı. Trend:

Almaniyanın Münhen şəhərində təşkil olunan ənənəvi “Oktoberfest” festivalı təxirə salınıb.

Trend-in məlumatına görə, bunu Bavariya federal torpağının Baş naziri Markus Zeder deyib.

O bildirib ki, festival müddətində çoxlu sayda insanın toplaşması koronavirus infeksiyasının yenidən ortaya çıxmasına səbəb ola bilər. Bundan başqa, festivalın qonaqları üçün əlcək, maska və digər qoruyucu vasitələrlə təmin olunması çətin görünür.

Qeyd edək ki, “Oktoberfest” hər il sentyabrın sonu - oktyabrın əvvəlində keçirilir və milyonlarla qonaq cəlb edir.


Etiketlər:  Almaniyanın məşhur festivalı təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ