Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası başa çatıb

IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası başa çatıb

Tarix: 21 Aprel 2020 19:15

Bakı.İlhamə İsabalayeva -Trend:

Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı uğurla çıxış edərək bürünc medal qazanıblar.

Komandamız ümumilikdə 48 bal toplayaraq Avropa ölkələri üzrə 39 komanda arasında 22-ci, 53 iştirakçı ölkə arasında isə 29-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, builki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird bilik və bacarıqlarını sınayıb. Məktəblilərimiz bu il 4-cü dəfədir ki sözügedən elm yarışına qatılıb.


Etiketlər:  Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ