Tarix: 22 Aprel 2020 10:50
Türkiyənin Karabük bölgəsində koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb.
Qol.az xəbər verir ki, bu barədə "İhlas" agentliyinə Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer açıqlama verib.
O, Məmmədovun son iki koronavirus testinin nəticəsinin neqativ çıxdığını deyib.
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.