Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadada koronavirusa yoluxanların sayı 40 min nəfəri keçib

Kanadada koronavirusa yoluxanların sayı 40 min nəfəri keçib

Tarix: 23 Aprel 2020 06:20

Bakı. Trend:

Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1768 nəfər artaraq 40 190 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyi bildirib.

Ölkədə yoluxanların sayının artım tempi yüksəlib, aprelin 21-i günü 1591 nəfər qeyd edilib. Ən çox yoluxma halları Kvebek (20965), Ontario (12245) və Alberta (3401) vilayətlərində aşkar edilib.

Koronavirusla bağlı 612,2 minə yaxın insan testdən keçib, əvvəlki vaxtda xəstələnənlərdən 14 min nəfər sağalıb.


Etiketlər:  Kanadada koronavirusa yoluxanların sayı nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ