Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 07:44
ABŞ-ın Bərpa olunan enerji üzrə milli laboratoriyasında rekord səmərəlilik göstəricisinə malik günəş batareyası hazırlanıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, amerikalı tədqiqatçılar bildiriblər ki, yeni günəş batareyası işığı 47,1% faydalı iş əmsalı ilə elektrik enerjisinə çevirə bilər. Dəyişən işıqlandırma vaxtı səmərəlilik göstəricisi 39,2% təşkil edib.
Tədqiqatçılar yeni lövhə konstruksiyasının hesabına belə effektə nail ola biliblər. Fotoelement - bu, hər biri ayrı-ayrı materialdan hazırlanmış 6 qatdan ibarətdir. Materialların müxtəlifliyi elektrik enerjisinin hasili üçün müxtəlif enerjiyə malik fotonlardan istifadəyə imkan verir.
Yenilik enerji sektoru və kosmik sənaye üçün mühüm əhəmiyyətə malikdir. Hazırda kosmik aparatlarda faydalı iş əmsalı təxminən 20% olan silisium fotoelementlərdən istifadə olunur.