Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 14:04
2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,8 milyon ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalma müşahidə olunub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, yüklərin 3,0 faizi dəniz, 7,0 faizi dəmir yolu, 0,1 faizi hava, 58,8 faizi avtomobil nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,3 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 3,6 milyon ton yük daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,6 faiz artım müşahidə olunub.
Dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 milyon 499,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalıb.
Hava nəqliyyatı ilə yükdaşıma 53,4 faiz artaraq 69,5 min ton olub.