Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli çempionatlarda mövsümün ləğvi üçün şərtlər - UEFA açıqladı

Milli çempionatlarda mövsümün ləğvi üçün şərtlər -  UEFA açıqladı

Tarix: 23 Aprel 2020 19:02

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfransı keçirilib.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə martın ortalarında yaradılan iki işçi qrupun yarışlarla bağlı təklif etdiyi 2 variant müzakirə olunub.

Variantlardan biri milli çempionatların avrokuboklardan əvvəl başlaması, Çempionlar Liqası və Avropa Liqası oyunlarının isə avqustda keçirilməsi planıdır. İkinci variant isə daxili yarışlar və avrokubokların paralel şəkildə başa çatdırılmasıdır.

Yığıncaqda daxili yarışları hazırkı formatla bitirmək mümkün olmayacağı təqdirdə klubların avrokuboklarda iştirakının idman prinsipləri əsasında müəyyənləşdirilməsi üçün başqa formatlardan istifadə oluna biləcəyi də qeyd olunub.

UEFA milli assosiasiyaların daxili çempionatlarını vaxtından əvvəl başa vurmaları üçün şərtləri  də açıqlayıb.

Milli çempionatların iki halda erkən yekunlaşa biləcəyi vurğulanıb: Növbəti mövsümün başlanğıcınadək hazırkı yarışların başa vurulmasına imkan verməyən, idman yarışlarının ləğvinə dair rəsmi sərəncam olduqda və qarşısıalınmaz maddi problemlər mövsümün yekunlaşdırılmasına imkan vermədikdə

Milli çempionatlar qeyd olunan səbəblərə görə vaxtından əvvəl yekunlaşdıqda UEFA müvafiq milli assosiasiyadan 2020/2021 mövsümündə avrokuboklara qatılmaq üçün idman prinsipləri əsasında klub seçməyi tələb edəcək. Klub seçimi proseduru obyektiv, şəffaf qaydada və ayrıseçkilik etmədən aparılmalıdır. Əks halda, milli assosiasiya və liqalar daxili yarışlarda konkret şəraiti nəzərə almaqla yekun mövqeləri müəyyənləşdirmək hüququna malik olmalıdırlar.

Klub yarışları üçün yerlərin müəyyənləşdirilməsini milli səviyyədə müvafiq səlahiyyətli orqanlar təsdiqləməlidirlər.

UEFA vaxtından əvvəl yekunlaşdırılmış liqalarda milli assosiasiyanın təklif etdiyi istənilən klubdan imtina və ya onu dəyərləndirmək hüququna malikdir. Bu, 3 halda mümkündür:

1. Daxili yarışlar UEFA tövsiyələrindəki və ya ictimai sağlamlıqla əlaqədar istənilən digər qanuni
səbəblərdən vaxtından tez dayandırılmayıbsa.

2. Klublar obyektiv və şəffaf olmadan, diskriminasiyaya yol verilməklə seçildikdə.

3. Təsnifat prosesində ədalətsizliyə yol verildikdə.
 


Etiketlər:  Milli çempionatlarda mövsümün ləğvi üçün şərtlər UEFA açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ