Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 21:16
Facebook yenə təhlükəsizlik problemləri ilə gündəmdədir. Keçən səfər 500.000-dən çox Zoom istifadəçi məlumatlarının satışa çıxarıldığı açıqlanmışdı. Bu səfər isə həmin kiber təhlükəsizlik şirkəti tərəfindən açıqlanan məlumata görə 267 milyon Facebook istifadəçisinin məlumatları satışa çıxarılıb. Cyble tərəfindən verilən məlumata görə 267 milyon istifadəçinin məlumatları sadəcə 540 dollara satılır.
İstifadəçi məlumatlarının Facebook-dan oğurlandığı təsdiqləndi.
Lakin məsələnin yaxşı tərəfi odur ki, oğurlanan məlumatlar arasında istifadəçilərin şifrələri yoxdur. Yenə də mail adresləri, ad/soyadları, telefon nömrələri və bəzi digər vacib məlumatlar oğurlana bilib. Bu məlumatlar belə ciddi önəm daşıyır. Qeyd edən ki, keçən il də əsasən ABŞ-lı istifadəçilərin çoxluq təşkil etdiyi Facebook məlumatları da oğurlanmışdı. Şirkət bu məlumatların ciddi təhlükəsizlik tədbirləri görmədən əvvəl sızdırıldığını iddia etmişdi, lakin bu yenə də istifadəçilərin sosial media nəhənginə qarşı olan güvənini bir xeyli sarsıtmışdı.