Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatlar bu gün 28 məsələni müzakirə edəcək

Deputatlar bu gün 28 məsələni müzakirə edəcək

Tarix: 24 Aprel 2020 08:24

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasın əvvəlində deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini müzakirə edəcəklər.

Daha sonra "Torpaq icarəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də, "Ətraf mühitin mühafizəsi haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ovçuluq haqqında", "Elm haqqında", "Təhsil haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara, o cümlədən Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, sində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunlara dəyişiklik ediləcək, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 28 məsələ daxildir.


Etiketlər:  Deputatlar gün məsələni müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ