Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO - FOTO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO - FOTO

Tarix: 24 Aprel 2020 21:10

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissə qərargahları cəlb edilməklə ikipilləli birgə komanda-qərargah məşqi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, komanda-qərargah məşqində qərargah zabitlərinin vəzifə borclarını praktiki icra etməsinin, zabitlər arasında qarşılıqlı əvəzetmənin və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşmasının yoxlanılması məqsədi qarşıya qoyulub.

Müasir texniki vasitələr üzərindən sərəncamların çatdırılması, idarəetmənin müvəqqəti olaraq bir məntəqədən digərinə ötürülməsi və hərtərəfli təminatın təşkili üzrə qərargahların fəaliyyəti məşq etdirilib.

Milli.Az


Etiketlər:  Əlahiddə Ümumqoşun Orduda komanda qərargah məşqi keçirilib VİDEO FOTO


RƏYLƏR