Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq

2020-ci ildə İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq

Tarix: 25 Aprel 2020 08:32

"IDC" tədqiqat şirkətinin proqnozuna görə, "COVID-19" pandemiyasının yaratdığı iqtisadi böhranın nəticələri 2020-ci ildə qlobal İT xərclərinin həcminin 2,7% azalmasına səbəb olacaq.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ekspertlərin fikrincə, İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq. Məsələn, həcmi 400 milyard dollar məbləğində qiymətləndirilən istehsal sektorunda 3%-lik azalma gözlənilir.

Bundan əlavə, turizm, otel biznesi, nəqliyyat, fərdi və istehlak xidmətləri kimi sahələrdə informasiya texnologiyalarına xərclərin həcmi ən azı 5% azalacaq.

Səhiyyə və telekommunikasiya sahələrində İT xərcləri artacaq, çünki pandemiya dövründə onlar yeni tələbat mərhələsinə çıxıblar. 2020-ci ildə peşəkar xidmətlər kateqoriyasında İT xərcləri 1,7% artacaq.


Etiketlər:  2020 ildə xərclərinin həcmi demək olar bütün sahələrdə azalacaq


RƏYLƏR