Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 11:15
Bakı. Samir Əli - Trend:
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Mahir Nəzərov özünə məxsus "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sərnişinlər, 1980-cı il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. T.Kərimov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.