Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İş yerlərində mütəmadi olaraq gigiyena qaydalarına əməl edilməlidir - Mikayıl Cabbarov

İş yerlərində mütəmadi olaraq gigiyena qaydalarına əməl edilməlidir - Mikayıl Cabbarov

Tarix: 25 Aprel 2020 17:32

Bakı. İlhamə İsabalayeva – Trend:

İş yerlərində mütəmadi olaraq əllərin yuyulması, dezinfeksiya işlərinin aparılması, onlayn ticarətə üstünlüyün verilməsi, ticarət obyektlərində işçilərin maskalardan istifadəsi təmin edilməlidir. Kafe və restoranların fəaliyyəti bərpa edildikdən sonra masalar arası məsafə təmin olunmalıdır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, insanlar iş yerlərinə tədircən qayıtmalıdır:

"Xüsusi həssas təbəqənin sağlamlığı diqqət mərkəzində olmalıdır. Biz bu iki amili balanslaşdırılmış şəkilə gətirmək iqtidarında olmalıyıq. Xüsusi karantin rejiminin tətbiqinin ölkənin iqtisadiyyatı üçün böyük məsrəfi var. Təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində vəziyyət belədir. Bunun nəticəsi olaraq, dünya üçün 2020-ci il üzrə proqnozlara yenidən baxılıb”.

Nazir əlavə edib ki, karantin yumlaşdılması sosial təmasların artırılması deməkdir. Sosial təmasların artırılması yoluxma hallarının yenidən aktivləşə bilməsi deməkdir:

“Məhz bu səbəbə görə hökumət tərəfindən çox dərin təhlillər aparılaraq bunun nəticəsində mərhələli çıxış planı hazırlanıb. Bizim gələcək fəaliyyət də bunun əsasında qurulmalıdır. Sanitar epidemioloji göstəricilər proqnozlaşdırılan səviyyəyə çatarsa, hər hansı təhlükə yaransa, tədbirlərin sərtləşdirilməsi müzakirə mövzuusu ola bilər”.


Etiketlər:  İş yerlərində mütəmadi olaraq gigiyena qaydalarına əməl edilməlidir Mikayıl Cabbarov


RƏYLƏR