Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı - VİDEO

Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı - VİDEO

Tarix: 25 Aprel 2020 21:16

Türk dizayner olan Kamer Kaan Avdan, Microsoft məhsulları üçün hazırladığı konsept dizaynlar ilə tanınır. İstifadəçilərin tam istədiyi kimi dizaynlar hazırlayan dizaynerin işləri sosial mediada çox bəyənilir. Kamer Kaan bu səfər hazırladığı əməliyyat sistemi konsept dizaynına Windows 20 adını verdi. Türk dizayner həmçinin Windows 95, Windows XP, Windows 7, Windows 11 və iOS 14 üçün də konsept dizaynlar hazırlamışdı.

Windows 20 konsept dizaynının hazırlanması dizaynerin 35 gününü aldı. Nəticə isə möhtəşəmdir.

Kamer Kaan Avdanın hazırladığı dizayn Windows 10 dizaynının əslində nə qədər zəif olduğunu ortaya qoyur. Bu videonu görün minlərlə insan Microsoft-un bu dizayn işlərindən qismən də olsa örnək götürməsini istədi. Qeyd edək ki, Microsoft Windows 7 ilə Aero adını verdiyi dizayna keçid etmişdi və bu çox bəyənilmişdi. Windows 10-a qədər istifadə edilən bu dizaynı Fluent Design adı verilən yeni stil əvəz etdi. Lakin istifadəçilər bunu heç də bəyənmədi. Ümid edirik ki, Microsoft Windows 10 üçün ən azından bu dizayna bənzər yeniliklər gətirər.
Milli.Az


Etiketlər:  Türk dizaynerdən möhtəşəm Windows konsept dizaynı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ