Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVİD-19 virusunun qaranlıq tərəfi

COVİD-19 virusunun qaranlıq tərəfi

Tarix: 25 Aprel 2020 21:36

Koronavirusun mənşəyi ilə bağlı mübahisə başa çata bilər. Bu, 2015-ci ildə ABŞ-da beynəlxalq bir qrup tərəfindən süni şəkildə yaradılmışdı. Qrupa 12 amerikalı, Uxan Virusoloji İnstitutundan iki çinli və Sürix Biotibbi İnstitutundan bir isveçrəli virusoloq daxil idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qrupa, əsas iş yeri Milli Qalveston labaratoriyasında olan dosent Vinit D. Menaçiri başçılıq edirdi. 2015-ci ilin noyabrın 9-u "Nature Medecine" jurnalında bir məqalə dərc edilmişdi. Bu məqalədə müəlliflər sırasında birinci yerdə Vinit D. Menaçiri durur. Elmi nəşrdə deyilir: "Biz, SARS-CoV2 tərs genetik sistemindən istifadə edərək, SHC014 yarasasında koronavirus sıçrayışına səbəb olan, himera virusunu yaratdıq və araşdırdıq". Qeyd edək ki, tərs genetika metodu fərdi genləri manipulyasiya etməkdən ibarətdir. Mahiyyət etibarı ilə bu, sınaq və səhv metodudur. Himera virusu, iki və ya daha çox fərqli virusdan nuklein turşusu parçaları birləşdirərək yaradılan hibrid bir virusdur. İki patogen virusun birləşməsi yeni virusun ölüm halını kəskin dərəcədə artırır.

Milli.Az


Etiketlər:  COVİD 19 virusunun qaranlıq tərəfi


RƏYLƏR